Bayden İsveç, Finlandiya və Türkiyəni təbrik edib

29 İyun 2022 08:16

ABŞ prezidenti Co Bayden İsveç, Finlandiya və Türkiyəni Şimali Avropa ölkələrinin NATO-ya üzvlüyü ilə bağlı razılıq əldə etməsi münasibətilə təbrik edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə bu barədə ABŞ prezidenti C.Bayden öz "Twitter" səhifəsində yazıb.

"Finlandiya, İsveç və Türkiyəni üçtərəfli memorandumun imzalanması münasibətilə təbrik edirik - bu, NATO-nun Finlandiya və İsveçi alyansa qoşulmağa dəvət etməsi üçün əsas addımdır ki, bu da bizim ittifaqımızı gücləndirəcək və kollektiv təhlükəsizliyimizi artıracaq. Bu, [NATO] sammiti üçün əla başlanğıcdır. ", o yazıb.

Milli.Az