“Neftçi”nin rəqibindən növbəti qələbə

30 İyun 2022 21:23

"Neftçi"nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aris" növbəti yoxlama matçını keçirib.

Kipr təmsilçisi Latviyanın "Skantes" komandası ilə qarşılaşıb.

Dörd qolun qeydə alındığı oyun limassolluların qələbəsiylə yekunlaşıb - 3:1.

Xatırladaq ki, "Aris" Latviyadakı ilk sınaq oyununda yerli "Riqa"nı da 4:0 hesabıyla məğlub etmişdi.

Qeyd edək ki, "Neftçi"nin "Aris"lə ilk oyunu iyulun 21-də Limassolda, cavab görüşü isə iyulun 28-də Bakıda keçiriləcək.

Milli.Az