Bakıda avtomobil park ərazisinə aşıb - FOTO

29 İyun 2022 07:48

Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb.

"Mercedes" markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək maşını Nəriman Nərimanovun heykəli olduğu əraziyə aşırıb.

"Mercedes"-in sürücüsü ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Avtomobil deformasiya uğrayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az