Bakıda gənc oğlanı avtomobil vurub, vəziyyəti ağırdır

29 İyun 2022 07:41

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1999-cu il təvəllüdlü Abidinli Ülvi Ənvər oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az