İranda zavodda yanğın - Ölənlər var

28 İyun 2022 20:38

İranın Qum vilayətinin Şokuhiyyə qəsəbəsində yuyucu maddələr istehsal edən zavodda baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın Qum vilayəti Təcili Yardım İdarəsinin ictimai əlaqələr departamenti məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində yaralıların vəziyyəti ağırdır.

Milli.Az