“Yoxluğunu bilmək o qədər acıdır ki...”

28 İyun 2022 20:22

Türkiyənin ustad aktrisası Türkan Şoray bu gün dünyasını dəyişən Cüneyt Arkınla bağlı açıqlama yayıb.  

Milli.Az olay-a istinadən yazır ki, mərhum aktyorla onlarla filmdə baş rolu paylaşan Şoray həmkarının itkisindən kədərləndiyi qeyd edib:

"Canım Cüneyt! Bundan sonra yoxluğunu bilmək, düşünmək o qədər acıdır ki... Səni əbədi qəlbimdə yaşadacam. Yeriniz kino və bütün kinosevərlər üçün dolmayacaq".
Milli.Az