Gürcüstan buğda ixracını qadağan edir

28 İyun 2022 16:30

Gürcüstan hökuməti iyulun 4-dən etibarən yerli istehsal buğda və arpa ixracına qadağa tətbiq edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, qərar Gürcüstanda taxıl qıtlığının qarşısının alınması məqsədilə verilir.

Qərarda bildirilir ki, regionda yaranmış mövcud vəziyyətə nəzərə alınaraq 2022-ci il iyulun 4-dən 2023-cü il iyulun 4-dək yerli istehsal buğda və arpa yalnız daxili bazarda reallaşdırılacaq.

Milli.Az