ATV-nin keçmiş prezidentinin qızının nişanından - VİDEO

28 İyun 2022 14:30

"Azad Azərbaycan" televiziyasının keçmiş prezidenti, Əməkdar jurnalist Vüqar Qaradağlının qızı Gültəkinin nişanı baş tutub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aşiqlərin nişan məclisi bir neçə gün əvvəl paytaxt restoranların birində keçirilib. 

Gültəkin gələcək həyat yoldaşı üçün məclisdə ingilis dilində mahnı da oxuyub. 

Qeyd edək ki, Amerikada yaşayan Gültəkin Qaradağlı ABŞ-ın Fordhem Universitetində təhsil alır.  

Milli.Az