Rusiya Baydenin həyat yoldaşına və qızına sanksiya tətbiq edib

28 İyun 2022 13:30

Rusiya ABŞ Prezidenti Co Baydenin həyat yoldaşı Cill Baydenə və qızı Eşli Baydenə sanksiya tətbiq edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, bu addım "ABŞ-ın Rusiyanın siyasi və ictimai xadimlərinə qarşı daim genişlənən sanksiyalarına cavab olaraq" atılıb.

Qərar Rusiyanın 25 ABŞ vətəndaşına qarşı elan etdiyi yeni sanksiyalar paketinin bir hissəsidir.

Milli.Az