Dondurmadan qurbağa çıxdı

28 İyun 2022 14:15

Kişi bir qab dondurma alıb və orada ölü bir qurbağa tapıb.

Milli.Az bildirir ki, o, Reddit-də xoşagəlməz kəşfin fotosunu yerləşdirib.

Yayımlanan şəkildə, qurbağanın bədəninin donduğunu görə bilərsiniz. Yazı müəllifi deserti haradan aldığını və ya onu istehsal edən firmanı qeyd etməyib.

Bir gün ərzində kişinin paylaşımı yüzlərlə şərh topladı. "Daha pis ola bilərdi. Məsələn, qurbağa yalnız vedrənin dibində tapılsaydı", - istifadəçilərdən biri yazdı.

İrfan Vəliyev
Milli.Az