Musiqi müəllimi əxlaqsız çıxdı - Oğlan şagirdləri ilə...

28 İyun 2022 14:37

ABŞ-da məhkəmə məktəb xoruna rəhbərlik edən, azyaşlı şagirdi aldadan və onunla cinsi əlaqədə olan müəlliməni həbsxanaya göndərib.

Milli.Az bildirir ki, bu barədə WDKY-TV məlumat yayıb.

Kentukki ştatının La Qreync şəhərindən olan 38 yaşlı Heyli Rid 2018-ci il iyunun 7-də həbs edilib. O zaman ittiham tərəfi iddia edirdi ki, evli musiqi müəllimi o zaman 18 yaşı tamam olmamış şagird ilə qeyri-münasib münasibətə girib. Rid etiraf etdi ki, o, 2018-ci ilin aprel ayından iyun ayına qədər dərsdən sonra onunla qalıb və ən azı səkkiz dəfə şagirdlə cinsi əlaqədə olub.

Məhkəmə dörd il davam etdi. 2022-ci ilin mart ayında Rid 18 yaşından kiçik bir şəxslə cinsi əlaqədə olduğunu, günahını etiraf etdi. İyunun 23-də məhkəmə qadını təqsirli bilib, beş il həbs cəzası verib.

Rid şərti azadlığa çıxa bilməyəcək, cinsi cinayətlər törətmiş şəxslər üçün müalicəni keçəcək və ömürlük cinsi cinayətkarların reyestrinə daxil ediləcək.

İrfan Vəliyev
Milli.Az