Dəhşətli intihar: Bakıda məşhur həkim özünü 11-ci mərtəbədən atdı - FOTO

28 İyun 2022 11:45

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, tanınmış ginekoloq-həkim Xalidə Kəngərli özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan atıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az