Balıq, kor, siçan... - Qəribə adlı futbolçular

28 İyun 2022 18:07

Qəribə adlara gülmək nə ağıllı, nə də təsiredicidir. Amma onları eşidəndə istər-istəməz dodaqların "qaçır". Belə adlara futbol dünyasında da rast gəlmək olar. Hansı ki, o adları dəfələrlə eşitmisiniz və məşhurdurlar. 

Milli.Az xəbər verir ki, qaynarinfo ingilis dilindən tərcümə zamanı gülməli çıxan bəzi futbolçu adlarını təqdim edir:

Daniel Drinkuoter ("Drinkwater" - "Su içən" və ya "Suyu iç" və s.)

"Haddersfayld Taun", "Kardiff Siti", "Uotford", "Barnsli" və "Lester" kimi klublarda oynayan "Danni" ləqəbli Daniel Drinkwater 2017-ci ildə "Çelsi"yə qatılsa da klubda işlər plana uyğun getmədi. Drinkuoterin "Çelsi"yə keçidi Premyer Liqa tarixindəki ən pis transferlərdən biri kimi təsvir edilmişdir.

Daley Blind ("Blind" - Kor)

"Mançester Yunayted"də 4 mövsüm (2014-2018) keçirən Blind, futbolçu karyerasına başladığı Niderland təmsilçisi "Ayaks"a qayıdıb.

Mark Fiş ("Fish" - Balıq)

Cənubi Afrikalı "Bolton" və "Orlando Pirates" də daxil olmaqla müxtəlif klublarda müdafiəçi kimi çıxış edib.

Yaya Banana ("Banana" - Banan)
Milli.Az