10 yaşlı oğlan “Lamborghini”ni BMW-yə çırpdı - VİDEO - FOTO

29 İyun 2022 01:22

Hollivud ulduzu Ben Aflekin oğlu "Lamborghini"yə minərək başqa avtomobilə çırpılıb.

On yaşlı Samuel atası və müğənni Cennifer Lopezlə birlikdə Los-Ancelesdəki avtosalonlardan birinə gedib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Lopez arxa oturacaqda olarkən, uşaq sükan arxasına keçib. Semuel bilmədən avtomobili arxa sürətə keçirib və qaza basaraq arxada dayanmış BMW-yə çırpılıb. İnsident zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, Samuel Ben Afflekin aktrisa Cennifer Qarnerlə evliliyindən olan oğludur. Ulduzlar 2003-cü ildə çəkilmiş "Daredevil" filminin çəkiliş meydançasında tanış olub, 2005-ci ildə evləniblər. On illik evlilik zamanı onalrın üç övladı dünyaya gəlib. 2017-ci ilin aprelində cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.

Milli.Az