Teymur, nəhayət, ilk qələbəsini qazandı

28 İyun 2022 08:50

İspaniyanın paytaxtı Madriddə təşkil olunan şahmat üzrə İddiaçılar Turnirində 9-cu tur matçları baş tutub.

Şahmatçımız Teymur Rəcəbov ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə görüşüb. Qarşılaşma 41-ci gedişdə şahmatçımızın qələbəsi ilə yekunlaşıb. Bu, Teymurun turnirdəki ilk qələbəsi olub.

Qeyd edək ki, 6 heç-heçə edən və 1 qələbə qazanan T.Rəcəbovun 4 xalı var.

Milli.Az