Gədəbəydə dolu xeyli ziyan vurub - FOTO

28 İyun 2022 08:28

Gədəbəyə leysandan sonra dolu yağıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ötən axşam rayonun mərkəzinə və ucqar kəndlərinə diammetri 3-5 sm dolu düşüb.

Dolu kənd təsərrufatına ziyan vurub. Bundan əlavə, bəzi avtomobillərə də zərər dəyib.

Milli.Az