Bakıda qadın qız tanışını oteldə bıçaqladı

28 İyun 2022 08:18

Bakının Sabunçu rayonunda qadın bıçaq xəsarətləri alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə otellərdən birində baş verib.

1990-cı il təvəllüdlü Yusufova Rəhimə Telman qızı tanışı ilə oteldə dava edib. Dava zamanı o, bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları araşdırır.

Milli.Az