Ukraynada alış-veriş mərkəzi raketlə vurulub, 13 nəfər ölüb

28 İyun 2022 09:00

Ukraynanın Poltava regionundakı Kremençuk şəhərində yerləşən alış-veriş mərkəzinə raket zərbəsi nəticəsində ölənlərin sayı artıb.

Hücumda həyatını irtirənlərin sayı 13 nəfərə çatıb. Şəhər administrasiyası yekun rəqəm söyləməyin tez olduğunu bildirib.
Xəstəxanaya yerləşdirilmiş 21 yaralıdan altısının vəziyyəti ağırdır. Otuzadək şəxsə, o cümlədən 2 uşağa ambulator yardım göstərilib.

Milli.Az