G7 Ukraynaya 29,5 milyard dollar ayıracaq

27 İyun 2022 23:54

Böyük Yeddilik (G7) ölkələri Kiyevə maliyyə çatışmazlığını aradan qaldırmağa kömək etmək üçün 2022-ci il ərzində büdcə dəstəyi olaraq təxminən 29,5 milyard dollar ayrılacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə bazar ertəsi yayılan "böyük yeddilik" liderlərinin Ukrayna üzrə birgə bəyanatında deyilir.

Bildirilir ki, ümumilikdə Ukraynaya 2014-2021-ci illər ərzində göstərilən iqtisadi yardımın həcmi 60 milyard dolları ötür.

Milli.Az