Gürcüstanla Rusiya arasında avtomobillərin hərəkəti bərpa olunub

27 İyun 2022 23:50

Gürcüstanla Rusiya arasında avtomobillərin hərəkəti bərpa olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.

Bildirilib ki, aparılan intensiv işlər nəticəsində Msxeta-Stepantsminda-Lars magistral yolununun 136 kilometrində avtomobillərin hərəkəti bərpa edilib. Qurumun məlumatında qeyd edilib ki, hazırkı mərhələdə nəqliyyat vasitələri müvəqqəti yoldan istifadə edə bilər. Paralel olaraq yolda əsaslı təmir işləri aparılacaq.

Milli.Az