NATO Gürcüstanla bağlı planlarını açıqladı

27 İyun 2022 23:45

NATO Gürcüstana dəstəyi artıracaq və Tbilisidəki missiyasını genişləndirəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Madriddə keçirilən sammit ərəfəsində təşkilatın baş katibi Yens Stoltenberq bildirib

Xüsusilə, missiya və alyansın Gürcüstan paytaxtı yaxınlığındakı təlim mərkəzinin personalının sayı artırılacaq.

"Biz Gürcüstana yardımı artıracağıq. Xüsusən də məlumatlandırma, kommunikasiyalar, kibermüdafiə və təlimlər sahəsində", - deyə Stoltenberq bəyan edib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları NATO üçün Gürcüstana əvvəlcədən dəstək vermənin vacibliyini önə çəkib.

Milli.Az