“Baykar” Ukraynaya 3 ədəd “Bayraktar” bağışlayacaq

27 İyun 2022 22:53

Türkiyənin pilotsuz uçuş aparatları və aviaelektronika istehsal edən "Baykar" şirkəti Ukraynaya 3 ədəd "Bayraktar TB-2" verəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat katibliyindən bildirilib.

Qeyd olunub ki, Ukrayna vətəndaşları bu PUA-ları almaq üçün qısa müddət ərzində pul yığıb. Lakin "Baykar" şirkəti onların vətənlərini müdafiə etmək üçün "Bayraktar"ları təmənnasız təqdim edəcək.

Milli.Az