Rusiya bu ölkənin 8 diplomatını geri göndərir

27 İyun 2022 22:48

Yunanıstan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb. 

"İyunun 27-də Yunanıstan Respublikasının Rusiya Federasiyasındakı səfiri E.Nassika Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona Yunanıstan hakimiyyətinin Rusiyaya qarşı Kiyev rejiminə silah və hərbi texnika yardımı, Yunanıstandakı bir qrup rus diplomatının "persona non qrata" elan edilməsi kimi qarşıdurma kursu ilə bağlı kəskin etiraz bildirilib", - Rusiya XİN-in bəyanatında deyilir.

Səfirə Yunanıstanın 8 diplomatik əməkdaşının Rusiyada "persona non qrata" elan edilməsi barədə bildirişlə nota verilib, onlar 8 gün ərzində Rusiyanı tərk etməlidirlər.

Milli.Az