Avtoyuma məntəqəsində bədbəxt hadisə

27 İyun 2022 22:28

Qazaxda bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Canalı kəndində qeydə alınıb.

1993-cü il təvəllüdlü Əlizadə Mehdini avtoyuma məntəqəsində elektrik cərəyanı vurub. 29 yaşlı kişi xəstəxanaya aparılsa da onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az