Türkiyə və İran XİN rəhbərləri nəyi müzakirə ediblər?

27 İyun 2022 20:48

İran islam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyə Respublikasına səfər edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında ikitərəfli, sonra nazirlərin rəhbərliyi ilə heyətlərarası görüş keçirilib.

Nazirlər birgə mətbuat konfransı keçiriblər.

Tərəflər bölgə ölkələrindəki prosesləri, o cümlədən Azərbaycanın da daxil olduğu regional münasibətləri, həmçinin Türkiyə-İran əlaqələrinin inkişaf imkanlarını müzakirə ediblər.

Milli.Az