"Zil” 160 nömrəli marşrut avtobusunu vurub

27 İyun 2022 18:10

Bu gün saat 15:30 radələrində Binə qəsəbəsi Sovxoz yaşayış sahəsində karyer daşı ilə yüklənmiş "Zil" markalı avtomobil "Çinar-Trans" MMC-nin istismarında olan 160 nömrəli marşrut xətti üzrə 99JK422 DQN-lı avtobusu vurub.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, qəza avtobus sonuncu dayanacaq məntəqəsində gözləyən vaxt baş verib. Hadisə zamanı avtobusa zərər dəysə də xəsarət alan olmayıb.

Milli.Az