"Mənə qarşı diqqətli deyil" - Xumar şikayət etdi - VİDEO

28 İyun 2022 05:31

ATV-nin "Zaurla Günaydın" proqramının budəfəki qonağı müğənni Xumar Qədimova olub.

Milli.Az xəbər verir ki, müğənni efirdə bacısından şikayətçi olub.

"Matandan şikayət edəcəm. Hansısa tədbirdə oxuyuram, gəlib deyirlər ki, Xumar xanım, paltarın etiketini çıxartmamısınız. Bacım o dərəcədə mənə laqeyddir. Bu bir-neçə dəfə olub. Mənə qarşı diqqətli deyil. Efirə çıxanda deyir ki, Zaurun adını çəkməliydin, sən filan sözü deməliydin. Ay qız, nolar, bir az da məni düşün".

Milli.Az