Bu ölkə üçün Rusiya təhlükəsi: ordu sayı 400 minə çatdırılır

27 İyun 2022 14:45

Polşa Rusiyadan gələ biləcək təhlükələrə qarşı ordunun sayını 2,5 dəfə artırmağı planlaşdırıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Polşa Baş nazirinin müavini Yaroslav Kaçinski məlumat verib.

O bildirib ki, ordu personalının sayı 150 mindən 400 minə nəfərə qədər artırılacaq:

"Həmçinin, mövcud ola biləcək təhlükələrə qarşı durmaq üçün Polşa daha modernləşdirilmiş silahlar da almağı düşünür".

Milli.Az