Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü - FOTOlar

27 İyun 2022 13:30

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev şəhid övladları ilə görüş keçirib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Xüsusi Təyinatlı Qüvvələrdə silsilə tədbirlər keçirilib.

Tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələr komandanı, general-leytenant Hikmət Mirzəyevin şəhid övladları ilə görüşü olub.

Hikmət Mirzəyev şəhid övladları ilə həmsöhbət olub və onlara şəhid atalarının hər birinin qəhrəman olduğunu, daim qəlblərdə yaşayacağını bildirib.

Milli.Az