Məşhur cütlüyün nişanından əyləncəli görüntülər - VİDEO

27 İyun 2022 18:07

Türkiyənin məşhur cütlüyü - aktrisa Demet Özdemir və ifaçı Oğuzhan Koçun nişan mərasimindən əyləncəli görüntülər ortaya çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, elçilik mərasimindən sonra baş tutan nişan məclisindən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.

Elçilikdə ağ rəngli geyimdən istifadə edən Özdemir nişanda çəhrayı, kürək dekolteli libasdan istifadə edib.

Sözügedən görüntüləri təqdim edirik:

Milli.Az