Avtomobil keçiddə yüksək sürətlə piyadanı vurdu - VİDEO

27 İyun 2022 19:30

Sankt-Peterburqda Obvodnıy kanalının sahilində "Hyundai" markalı avtomobilin sürücüsü yüksək sürətlə piyadanı keçiddə vurub.

Milli.Az bildirir ki, yerli hüquq-mühafizə orqanlarından Life-a verilən məlumata görə, zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

"Hyundai" markalı avtomobili idarə edən sürücünün yol hərəkəti qaydalarını pozması, ehtiyatsızlıqdan insan ölümü ilə nəticələnməsi faktı ilə bağlı cinayət işi başlanıb. Ondan ölkədən getməmək barədə yazılı öhdəlik götürülüb. Qeyd olunur ki, əvvəllər şübhəli şəxs qəzaya görə məsuliyyətə cəlb olunmayıb.

İrfan Vəliyev
Milli.Az