Toyda KÜTLƏVİ DAVA: polisi döydülər, yaralılar var

27 İyun 2022 20:02

Kocaelinin Kandıra rayonunda toyda dava baş verib.

Milli.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı 2 nəfər güllə yarası alıb, 1 polis əməkdaşı və digər 3 nəfər döyülüb.

İlkin məlumata görə, sərxoş olduğu iddia edilən gənclər arasında mübahisə davaya çevrilib.

Davaya müdaxilə edən bir polis əməkdaşı başından ağır zərbə alaraq, yaralanıb. (publika.az)

Milli.Az