Vüsal Əliyev: “Yoldaşım öləndən sonra qızım onun paltarı ilə yatırdı” - VİDEO

27 İyun 2022 16:30

ARB TV-nin "O Üz" verilişinin növbəti buraxılışı müğənni Vüsal Əliyevin itiridiyi sevdiklərinə həsr olunub.  

Milli.Az xəbər verir ki, Vüsal Əliyev həyat yoldaşının vəfatından sonra yaşadığı ağır günlərdən danışıb:

"Qızımın 4 yaşı var idi. Onun paltarını qucaqlayıb yatırdı. Gecə saat 2-3-də paltarı əlindən götürmək istəyəndə oyanıb ağlayırdı. Mən o zaman övlad üçün ata ilə ananın müqayisəsini gördüm. Bu gün tam əminliklə deyə bilərəm ki, mənim vəzifəm nə idisə onu etdim. Ürəyim və vicdanım rahatdır".

Milli.Az