"Evliyimiz saxta deyil, gerçək övladımız və ailəmiz var"- azərbaycanlı rəqqasə - VİDEO

27 İyun 2022 18:22

Aktrisa Oksana Rəsulova həmkarı Şəhriyar Əbilovla evliliyini saxta adlandıranlara cavab verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, "Şourum" verilişinə danışıb.

Oksana deyib ki, bu iddialar hamısı yalandır:

"Evliyimiz saxta deyil, gerçək övladımız və ailəmiz var. Biz bir yerdə yaşayırıq. Elə vaxt olur ki, mən işlə bağlı harasa gedirəm, yaxud da Şəhriyar gedir.  Düzdür, Osmana görə mübahisələr olur. Onun elə vaxtıdır ki, atasından çox şey götürür. Xırda bir hərəkəti də təkrar edir. Mən də Şəhriyara deyirəm ki, öz danışığına, hərəkətinə diqqət et".

Milli.Az