Eyni məhəllədə yaşayan 3 gəncin öldüyü dəhşətli qəzanın baş vermə anı - Ürəkağrıdan VİDEO

27 İyun 2022 09:52

Xəbər verdiyimiz kimi ötən gün gecə Sabunçu Rayonu Maştağa qəsəbəsində dəhşətli avtomobil qəzası baş verib.Qəzada "VAZ-2106" ilə "BMW" markalı avtomobillər toqquşub, nəticədə 3 nəfər həlak olub, 1 nəfər isə ağır yaralanıb.

Milli.Az Manset.az-a istinadən bildirir ki, qəza anbaan ərazidə olan təhlükəsizlik kamerası ilə qeydə alınıb.

Qeyd edək ki,  qəzada dünyasını dəyişən 3 gənc Ələkbərov Orxan, Cavadov Həsən və Musayev Rüstəm Bakının Zabrat qəsəbəsində eyni məhəllədə yaşayıb.

Milli.Az