Türkiyədə dəvəquşu kafeyə gələn müştərini qovaladı - VİDEO

27 İyun 2022 16:00

Türkiyədə dəvəquşu kafeyə gələn müştərini qovalayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə İstanbulun Aksaray rayonundakı Mədəniyyət Parkında baş verib.

Kafenin işçisi Adel Kirişkuzu bağçadakı qəfəsdə saxlanılan dəvəquşu üçün yemək qoyduqdan sonra qəfəsin qapısını açıq qoyub. Heyvan qəfəsdən çıxaraq həmin anda qarşısına çıxan Kardelen Nur Yüce adlı xanımı təqib etməyə başlayıb.

Obyektin əməkdaşlarının birgə səyi nəticəsində dəvəquşunu qəfəsə qaytarmaq mümkün olub.

Milli.Az