Mini müştərilərə avtomobil əvəzinə nəhəng pazllar göndərəcək

27 İyun 2022 15:45

BMW şirkətinin ABŞ nümayəndəliyi "Mini" avtomobilini sifariş edən və onu gözləyən müştərilərə pazl göndərəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Pazl avtomobilin ölçülərinə uyğun olacaq.

Şirkətdən verilən məlumata görə, bu yolla "Mini" öz müştərilərini yeni avtomobil üçün növbə gözləyərkən maraqlı işlə məşğul etmək istəyir və onları unutmadığını xatırladır.

Sifarişlərin gecikməsi isə yüksək tələbat və avtomobil sənayesinin üzləşdiyi avtomobil komponentlərinin tədarük zəncirindəki fasilələrlə əlaqələndirilir.

Qeyd edək ki, ingilis avtomobil markası "Mini" 1994-cü ildən BMW-yə məxsusdur.

Milli.Az