Niyə az yatırıq? - Həkim yazır

28 İyun 2022 21:05

Yuxu sağlamlığımızın əsas sütunlarından biridir.

Bununla yanaşı insanlar keçmişdıkindın daha az yatırlar. Yuxunun keyfiyyəti də həmçinin aşağı düşüb. 

Pis yuxu isə şəkərli diabet, piylənmə, ürək xəstəlikləri və depresiyaya gətirib çıxarır.

Gecələr suni işıqlanma və elektronikadan istifadə yuxu problemlərinə səbəb ola bilər. Bu cihazlar mavi dalğa uzunluğunda işıq yayır, bu da beynimizi aldadaraq  gündüz olduğunu düşündürür.

Bir çox tədqiqatlar göstərir ki, axşam mavi işığın beynimizin təbii yuxu-oyanma dövrlərini pozur, bu da sağlamlıq üçün çox vacibdir.

Mavi işıq yuxunu pozur

Bədənimizin sirkadiyalı ritmini tənzimləyən daxili saatı var. Bu  bir çox daxili funksiyalara təsir edən 24 saatlıq bioloji dövrdür. Ən esası isə bu bədənimizin oyaq və ya yuxuya getməyə  hazır olduğunu müəyyən edir.

Bununla belə sirkadiyalı ritmimizin özünü tənzimləmək üçün xarici mühitdən - ən əsası gün içığı və qaranlıqdan ngələn siqnallara ehtiyacı var.

Mavi dalğa uzunluğunda işıq beynimizin daxili saatına siqnal göndərmək üçün gözlərinizdəki sensorları stimullaşdırır.

Unutmayaq ki, günəş işığı və ağ işığın hər birində əhəmiyyətli miqdarda mavi işıq olan müxtəlif dalğa uzunluqlarının qarışığı var.

Gündüzlər, xüsusən də günəşdən mavi işıq almaq əhval-ruhiyyəni və performansı yaxşılaşdıraraq ayıq qalmağımıza kömək edir.

Mavi işıq terapiyası cihazları depresiyanın müalicəsinə kömək edə bilir və mavi işıq lampalarının yorğunluğu azaltdığı və ofis işçilərinin əhval-ruhiyyəsini, performansının və yuxusunu yaxşılaşdırdığı müəyyən  edilmişdir.

Bununla bele, müasir işıq lampaları və elektron cihazlar, xüsusən də kompyuter monitorları böyük miqdarda  mavi işıq yaradır və axşam saatlarında onlara məruz qaldığımızda daxili saatımızı poza bilər.

Hava qaraldıqda epifiz vəzinin bədənimizə yorulmağımızı və yuxuya getməyimizi bildirən melotonin hormonunu ifraz edir. 

Mavi işıq istər günəşdən, istərsə də noutbukdan melotonin istehsalına maneə törədir. Beləliklə yuxumuzun həm keyfiyyəıtini, həm də miqdarını azaldır.

Tədqiqatçılar axşamlar melotonin sintezinin azalmasını metobolik sindrom, obezite, kanser və depresiya kimi bir çox sağlamlıq problemləri ilə əlaqələndirilər.

Rəngli eynəklər kömək edə bilər

Amber rəngli eynəklər gecelər mavi işığa məruz qalmamaq üçün ən rahat yol sayıla bilər.

Bu eynəklər bütün mavi işığı əngəlləyir. Və beləliklə beynimizin oyanıq qalması lazım olduğu siqnalını almaz.

Tədqiqatlar göstərir ki, insanlar hətta işıqlı otaqda və ya elektron cihazdan istifadə edərkən mavi işığın qarşısını alan eynəklərdən istifadə etdikdə, qaranlıqda olduğu qədər melotonin sintez olunur.

Bir araşdırma ilə insanların axşam saatlarında melotonin səviyyələri zəif işıqda, parlaq işıqda və rəngli işıqda müqayisə edilmişdir.

Parlaq işıq melotonin istehsalənı demek olar ki, dayamdırır, zəif işıq isə təsir etmir.

Qeyd etmək lazımdır ki, eynək geyinənlər zəif işığa məruz qalanlarla eyni səviyyədə melotonin istehsal edir. Eynəklər parlaq işığın melotonini basqılayıcı təsirinin qarşısını alır.

Eyni şəkildə mavi işığı bloklayan eynəklərin yuxu və zehni performansı əhəmiyyətli şəkildə yaxşılaşdırdığı göstərilmişdir.

Bu eynəkləri yuxudan əvvəl geyindikdə növbəli iş rejimində çalışan işçilərin yuxusunu xeyli yaxşılaşdırdığı aşkar edilmişdir.

Bundan başqa kataraktası olan yaşlı insanlarda aparılan araştırmada mavi işığı bloklayan linzaların yuxunu yaxşılaşdırdığı və gündüz disfunksiyasını əhəmiyyətli dərəcədə azaltdığı müəyyən edilmişdir.

Lakin bütün tədqiqatlar mavi işığı bloklayan linzaların və ya eynəklərin istifadəsini dəstəkləmir. Bir neçə tədqiqatın təhlili onların istifadəsini dəstəkləyən yüksək keyfiyyətli sübutların olmaması qənaətinə gəldi.

Buna baxmayaraq, mavi işığı bloklayan eynəklər bəzi faydalar verə bilər.

Bəzi tədqiqatlar göstərir ki, mavi işığı bloklayan eynəklər axşam saatlarında melotonin istehsalını artıra  bilər, bu da yuxu və əhval-ruhiyyənin yaxşılaşmasına səbəb olur.

Nevroloq Sevinc Mir Seyid
Milli.Az