"İndi şərtlər dəyişib, hazırda Ermənistanla..." - Kalından kritik açıqlama

26 İyun 2022 23:31

Ermənistanla niyə 1992-ci ildə qapıları bağladıq? Qarabağın işğalına görə. İndi şərtlər dəyişib. Azərbaycan-Türkiyə bir araya gəldi, Qarabağ işğaldan azad olundu, Ermənistanla normallaşma prosesinə başladıq. Azərbaycan və Türkiyənin güc birliyi ilə problem həll olundu.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

"Hazırda Ermənistanla sürətli normallaşma prosesini yaşayırıq. Problemləri həll edərək irəli getmək lazımdır", - o bildirib.

Kalın Səudiyyə Ərəbistanı ilə son yaşananlara da toxunub: "Səudiyyə ilə 3 il ərzində əlaqə qurmadıq. Fələstin xalqına nə zaman hücum olsa, İsrailə səsimizi ucaltdıq və səfirimizi geri çağırdıq. Bütün situasiyalarda təməl prinsip haqq və hüquqa əməl etmək olub".

Milli.Az