Şoyqu Donbasda müşavirə keçirdi

26 İyun 2022 14:16

Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynadakı müharibədə iştirak edən qoşunlara baxış keçirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Şoyqu komanda məntəqələrində komandirlərin hazırkı vəziyyət və Rusiya ordusunun əsas əməliyyat bölgələrində hərəkətləri barədə məruzələrini dinləyib", - məlumatda qeyd olunub.

Şoyqu görüş zamanı bəzi hərbçiləri də mükafatlandırıb.

Müdafiə nazirinin harada olması ilə bağlı rəsmi məlumat verilməsə də, Rusiya mətbuatı onun Donbasa yollandığını yazıb.

Milli.Az