Bakının bu hissəsində su niyə kəsilib? - açıqlama

26 İyun 2022 09:30

"Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Səbail rayonunun Şıxov, Bibiheybət və 20-ci sahə ərazisinə içməli suyun verilişi dayandırılıb".

Milli.Az bildirir ki, bunu "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Qeyd olunur ki, hazırda qəza briqadaları hadisə yerində işləyir.

Milli.Az