İran təsdiqlədi: nüvə danışıqları bu ölkələrdən birində aparılacaq

25 İyun 2022 22:48

İranla nüvə sazişinin bərpası üzrə danışıqlar üçün tərəflərin görüşü Fars körfəzinin ərəb ölkələrindən birində baş tuta bilər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Tehranda İran tərəfi ilə məsləhətləşmələrdən sonra deyib.

"Nüvə sazişi üzrə dialoq ABŞ-la birlikdə "4+1" formatında (Rusiya, Böyük Britaniya, Almaniya, Çin, Fransa) keçirilməyəcəyinə görə, danışıqlar çox güman ki, bunun əvəzinə Fars körfəzi ölkələrindən birində baş tutacaq", - Borrel qeyd edib.

Onun sözlərinə görə, İran və ABŞ birbaşa dialoqa girməyəcək.

C.Borrell daha əvvəl nüvə razılaşmasını canlandırmaq üçün danışıqların bir neçə gün ərzində bərpa ediləcəyini söyləyib. İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian da Tehranın yaxın vaxtlarda danışıqlar masasına qayıtmağa hazır olduğunu təsdiqləyib.

Milli.Az