Moskvaya qarşı daha sərt sanksiyalar müzakirə ediləcək - Ağ Ev

25 İyun 2022 22:47

G7 liderləri Ukraynadakı vəziyyətə görə Rusiyaya tətbiq edilən əlavə xərcləri açıqlayacaqlar.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Tərəflər həmçinin Rusiyaya təzyiqin artırılması və sanksiyaların qlobal iqtisadiyyat üçün xərclərinin minimuma endirilməsi imkanlarını müzakirə edəcəklər.

"G7 liderləri əsas diqqəti təkcə xüsusi əməliyyat nəticəsində qlobal iqtisadiyyatda yaranan çətinliklərin öhdəsindən gəlməyə yönəltməyəcək, həm də Putini necə məsuliyyətə cəlb etmək üçün müzakirələr aparılacaq. Əmin olun ki, o, etdiyi şeylərin hesabını verəcək" - Kirbi qeyd edib.

Milli.Az