Abşeronda yol qəzası baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Saray qəsəbəsi, Heydər Əliyev küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili "Ford" markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. "Mercedes"in sürücüsu, 1980-ci il təvəllüdlü Paşayev Məhəmməd Namiq oğlunun vəziyyətinin ağır olduğu bildirilir.
Milli.Az