Bakıda sürücüləri çaş-baş salan "ağac işıqfor" - FOTO

25 İyun 2022 17:15

Bakıda daha bir işıqfor sürücüləri çətin duruma salır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, söhbət paytaxtın Yasamal rayonu, Mətbuat prospektində olan işıqfordan gedir. Sanki həmin işıqfor ağacın bir budağına çevrilib,  yarpaqların arasında itib. Bu da həmin yolda hərəkət edən sürücülərə ciddi mane törədir və hətta qəzalara səbəb olur.

Yalnız bir neçə saniyə diqqətlə baxdıqdan orada işıqfor olduğunu görmək mümkündür.

Fotonu təqdim edirik:

Milli.Az