Evində təmir işləri görərkən inklərin qədim sərdabəsini aşkarladı - FOTO

25 İyun 2022 11:15

Peru sakini evinin zirzəmisində təmir işləri zamanı inklərin qədim sərdabəsini aşkar edib. Tapıntının yaşının 500 il olduğu güman edilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, parçaya bükülü olan qalıqlar yerli elitaya məxsus olub. Məzarda həmçinin saxsı qablar və zərgərlik məmulatları da olub.

Alimlərin ehtimalına görə, dəfn olunanlar 1400-cü illərdə qüdrətli inklərin Cənubi Amerikanın qərbindəki imperiyanı tabe etməsinə qədər Limada geniş yayılan ririkanço elitasını təmsil edib. İnklərin özləri 1532-ci ildə ispan konkistadorlar tərəfindən fəth edilib.

Ev sahibi İpolito Tika tapıntıya inana bilmədiyini deyib.

"Bu heyrətamizdir. Bunu təsvir etmək üçün həqiqətən söz tapmıram", - deyə o, bildirib.

Milli.Az