Rusiyadan İrəvana uçan təyyarə geri qayıtdı

25 İyun 2022 08:10

Yekaterinburqdan İrəvana uçan "Superjet" sərnişin təyyarəsi sensorların işləməməsi səbəbindən geri qayıdıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, geri qayıdan təyyarə normal eniş edə bilib.

Təyyarədə 80 sərnişin, 6 ekipaj üzvü olub. Hazırda reys 6 saat gecikir və 03:00-da həyata keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Rusiyada son vaxtlar təyyarələrdə tez-tez nasazlıq və qəzalar baş verir.

Milli.Az