"Qəbələ"nin rəqibində yeni transer

25 İyun 2022 08:52

"Qəbələ"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Fehervar" (Macarıstan) heyətinə yeni futbolçu cəlb edib.

Macarıstan təmsilçisi Klaidio Bumbanın transferini həyata keçirib. 22 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, rumıniyalı oyunçunun son klubu "Kisvarda" olub.

Milli.Az