İki kəndin sakinləri arasında kütləvi dava düşdü
10 May 2010 10:42
Milli.Az xəbər portalı "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, davaya iki minik avtomobilinin toqquşması və üç nəfərin xəsarət alması səbəb olub. Qəzadan sonra günahkarları müəyyən etmək istəyən Kuruş və Batayurt kəndinin 500-ə yaxın sakini hadisə yerinə toplaşıblar. Amma tərəflər günahkarı müəyyənləşdirə bilməyib. Bir qrup gənc isə travmatik silahlardan istifadə etməklə həmkəndlilərini davaya təhrik edib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə zamanı üç nəfər xəsarət alıb.
İnsidentin baş verdiyi rayona əlavə milis qüvvələri cəlb edilib və sakinlər sakitləşdirilib.
Milli.Az