Toyda bəy dostunu özünün hədiyyə elədiyi tapança ilə vurdu

24 İyun 2022 22:49

Toy zamanı bəy təsadüfən dostunu elə özünün hədiyyə elədiyi tapança ilə vurub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, faciə Hindistanda yaşanıb.

Bildirilir ki, Maniş Madheshiad adlı bəy mərasim zamanı dostunun verdiyi silahı alıb və yelləyərək camaata nümayiş etdirib. Bu zaman onun barmağı təsadüfən tətiyə dəyib və güllə dostuna dəyib.

Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hazırda Maniş həbs edilib. Ona qarşı qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.

Mərhumun ailəsi Manişi bağışlamaq fikrində olmadığını deyib.

Milli.Az